Harris Baydenin kursunu davam etdirməyəcək

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, hazırkı prezident Co Baydenin kursunu davam etdirməyəcək.

Gununsesi.info  xəbər verir ki, Harris bunu Fox News-a müsahibəsində deyib.

“Mənim prezidentliyim Baydenin davamı olmayacaq və səlahiyyət müddətinə başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm”– deyə Harris vurğulayıb.

Demokrat namizədin sözlərinə görə, onun siyasi karyerasının böyük hissəsi indiki Amerika liderindən fərqli olaraq Vaşinqtondan kənarda keçib.

 

 

 

Gununsesi.info