Hacıqabulda 37 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

  • By Günel
  • 16 Oktyabr 2024 23:51

Hacıqabulda bədbəxt hadisə ölümlə nəticələnib.

Gununsesi.info -nun məlumatına görə, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb.

Belə ki, Astara rayon sakini 1987-ci il təvəllüdlü Ramazanov Vladimir Mirzəqəni oğlunun üzərinə dəmir parçası aşıb.

O, xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info