“Abdullah Öcalan ev dustaqlığına buraxılacaq”

  • By Günel
  • 16 Oktyabr 2024 20:51

Türkiyəli jurnalist Yılmaz Özdil bu iddia ilə çıxış edib.

Özdil deyir ki, Ərdoğan hakimiyyətdə qalmaq üçün PKK ilə danışıqlar aparır. O bildirib ki, Türkiyə hökuməti hazırda Abdullah Öcalanın ev dustaqlığına buraxılmasını müzakirə edir.

Jurnalistin bu iddiasına hələlik rəsmi açıqlama verilməyib.

Kürdyönümlü “Xalqların Bərabərlik və Demokratiya Partiyası” (DEM, keçmiş HDP) yeni danışıqlardan əvvəl PKK lideri Öcalanın azadlığa buraxılmasını istəyib.

Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri olan Abdullah Öcalan 25 ildən çoxdur həbsdədir. O terrorçuluqda ittiham edilir.

Gununsesi.info