
Cənubi Koreya Milli Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreyanın onu Cənubi Koreya ilə birləşdirən yolları partlatdığı deyir.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, bu hadisəyə səbəb Pxenyanın keçən həftə iki ölkəni “tamamilə ayırmaq” məqsədi ilə bir vaxtlar Koreyalararası əməkdaşlığın simvolu kimi görünən yolları və dəmir yollarını kəsməyə söz verməsindən sonra baş verib.
Koreya Xalq Ordusu (KPA) bu addımı “müharibənin qarşısını almaq üçün özünümüdafiə tədbiri” kimi qiymətləndirərək, bunun Cənubi Koreyadakı müharibə təlimlərinə və Amerikanın nüvə aktivlərinin regionda tez-tez mövcudluğuna cavab olduğunu iddia edib.
Bu, Koreyalar arasında gərginliyin son illərdə ən yüksək həddə çatdığı bir vaxtda düşmənçiliyin artdığını göstərir.
Qeyd edək ki, partlayışlardan sonra Cənubi Koreya hərbçiləri güc nümayişi olaraq sərhədin onun tərəfini atəşə tutduqlarını və Şimala nəzarəti gücləndirdiklərini bildiriblər.
Orxan Saffari