İki yaşlı uşaq qəfil öldü

  • By Günel
  • 16 Oktyabr 2024 21:10

Bakıda azyaşlı qız qəfil vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə dünən Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Saat 9 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info