Tacikistan ombudsmanı: - Rusiyada miqrantları təhqir edir, döyürlər...

Tacikistanın insan haqları müvəkkili Umed Bobozoda Rusiyada tacikistanlı miqrantların hüquq və azadlıqlarının pozulmasından narahatdır.

Gununsesi.info xəbər verir ki, o, rusiyalı həmkarı Tatyana Moskalkovaya məktubunda Rusiyanın hüquq-mühafizə orqanlarının Tacikistandan olan əmək miqrantları ilə qanunsuz rəftarlarından, onlarla kobud davranaraq döyüb, təhqir etməklərindən yazıb. Ombudsman Tacikistan vətəndaşlarının Rusiya ilə sərhəddə uyğun saxlanma və qidalanma şərtləri olmadan uzun müddət saxlanıldığını bildirib.

Saxlananlar arasında Tacikistan rəsmilərinin, tələbələrin, yaşlıların, qadın və uşaqların da olduğu vurğulanır.

Bobozoda Moskalkovanı Tacikistan vətəndaşlarının hüquqlarının qorunmasına, belə halların monitorinqinin aparılmasına lazım olan tədbirlər görməyə kömək istəyir.

Qeyd edək ki, son həftələr Tacikistanın bir neçə məmuru Rusiya hakimiyyətinin bu ölkədən olan əmək miqrantlarına münasibətindən narazılıq bildirib. Oktyabrın 4-də Düşənbədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında Tacikistanın baş naziri Koxir Rasulzoda məsələni qaldırıb.

Münasibətlərin bu cür olmasına səbəb “Crocus City Hall”da törədilən terror aktını Tacikistan vətəndaşlarının törətməsi güman edilir.

“Hər il yüzlərlə tacikistanlı Rusiyaya pul qazanmağa gedir. Ancaq son bir ildə Rusiyada onlara qarşı yoxlamalar, saxlamalar artıb. Bu ilin martında “Crocus City Hall”da teraktdan sonra vəziyyət kəskinləşib.”, – deyə baş nazir bildirib.

Onu da vurğulayaq ki, bir ildən də az müddətdə 20 minədək tacikistanlı Rusiyadan çıxarılıb.

Gununsesi.info