
Britaniyalı fotojurnalist Pol Lounun yeniyetmə oğlu onun qətlində ittiham olunub.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, Bosniya müharibəsi zamanı Sarayevo mühasirəsi də daxil olmaqla münaqişələri işıqlandıran fotoqraf, 61 yaşlı Lou şənbə günü Kaliforniyada yolda bıçaqlanaraq öldürülmüş halda tapılıb.
Los-Anceles Dairə Prokurorluğu onun qətlində oğlu 19 yaşlı Emirin ittiham olunduğunu təsdiqləyib.
Qeyd edək ki, tibbi ekspertizanın qeydlərinə görə, Lounun boyun nahiyəsindən bıçaqlandığını aşkar edib.
Araşdırma aparılır.
Orxan Saffari