
Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən reper Şon Con Kombs prokurorlardan onu ittiham edənlərin adlarını açıqlamasını istəyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Guardian” məhkəmə sənədlərinə əsasən məlumat yayıb.
Belə ki, sözügedən ittihamda reper özünü təqsirli bilmir və məhkəməyə göndərilən məktubda onu ittiham edənlərin adlarını və sayını bilməklərini istənilib.
Qeyd edək ki, prokurorluq indiki mərhələdə onların adlarının və sayının açıqlanmasına etiraz edib.
Orxan Saffari