Tayvan Çini sakitləşməyə çağırır

Tayvanın Milli Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusunun (PLA) dəniz qüvvələrinin adanın sahillərində keçirdiyi təlimləri birbaşa öz təhlükəsizliyinə təhdid hesab edir və buna görə də BMT üzvlərini Çini sakitləşdirməyə və onların davranışlarına görə qınamağa çağırır. 

Gununsesi.info  xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Tayvan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu da beynəlxalq hüququn pozulması ilə yadda qalıb.

“Biz beynəlxalq ictimaiyyətə xatırlatmaq istəyirik ki, Tayvan boğazında sülh və sabitlik qlobal sülh və rifahla bağlıdır. Biz həmçinin ümid edirik ki, beynəlxalq ictimaiyyət Çini təlimlərini əvvəlcədən elan etmədiyinə, beynəlxalq hüququ pozduğuna, regional sülh və sabitliyə xələl gətirdiyinə görə qınayacaq” – deyə nazirliyin nümayəndəsi bildirib.

O qeyd edib ki, Çin mübahisələrin həlli üçün güc tətbiqini qadağan edən BMT Nizamnaməsinin ruhunu pozub.

Qeyd edilib ki, Taypey əvvəlki kimi Çinin mümkün hərbi təcavüzünün qarşısını almaq üçün öz müdafiəsini gücləndirəcək.

Bundan əvvəl Çinin Şərqi Döyüş Komandanlığının sözçüsü Li Si bildirmişdi ki, PLA Tayvan ətrafında Birgə Qılınc 2024B hərbi təlimini başa vurub.

Öz növbəsində, Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin sədri Çen Binhua bildirib ki, Çin heç vaxt Taypeyin geri qaytarılması məsələsinin zorla həll edilməsi variantından əl çəkməyəcək və “Tayvan risk etsə,” tamamilə məhv ediləcək.

 

 

Günay

Gununsesi.info