
Oxuculara xoş xəbər: – Yeni online ədəbi jurnal fəaliyyət başlayıb.
Gununsesi.info xəbər verir ki, təsisçiləri yazıçı Rəşad Səfər və Orxan Əyyub olan yeni “The Baku Review” online ədəbi jurnalı fəaliyyətə başlayıb.
Belə ki, jurnal öz fəaliyyəti ilə indiyə qədər olan jurnallardan fərqlənəcək.
Bu barədə təsisçilər oxuculara müraciət ünvanlayıb.
Sözügedən müraciəti təqdim edirik:
“Arzumuz Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatının gücü ilə və dünya ədəbiyyatının Azərbaycan dilində danışacağı yer olmaqdır. Bu yolda bizdən əvvəlki böyük yazıçı və şairlərin yaranmış boşluğu doldurmaq niyyəti ilə atdığı addımlar bizim üçün nümunədir. Zaman gəlir ki, yazıçı tək ədəbiyyat müstəvisində yox, həyatın da hansısa məqamında çatışmayan sözün, yaxud mənanın olduğunu görür və onu doldurmağa fərdin və ancaq bədii mətnin yetmədiyini dərk edir. Tarixin müxtəlif dövrlərində Fyodor Dostoyevski Epoxa, Victoria Ocampo Sur, Octavio Paz Vuelta, T. S. Eliot The Criterion jurnalları ilə buna cəhd ediblər. Bizim tariximizdə də belə misallar az deyil: eyni cəhdi Əli bəy Hüseynzadə Füyuzat, Rasim Qaraca Alatoran jurnalları ilə edib. The Baku Review ədəbiyyatın muxtariyyətinə, vasitə deyil, məqsəd olduğuna inanır. Ona da inanırıq ki, ədəbiyyat sonsuz prosesdir və sizin də onun tərkib hissəsinə çevrilməyinizi istəyirik. “, – deyə təsisçilər qeyd edib.
Orxan Saffari