Bəhreyn bu səbəbə görə səbəbiylə İndoneziyada futbol oynamayacaq…

Bəhreyn təhlükəsizlik səbəbiylə İndoneziyada futbol oynamayacaq

Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, Bəhreyn Futbol Assosiasiyasının (BFA) məlumatına görə, Körfəz ölkəsinin oyunçuları keçən həftə hər iki ölkənin komandası arasında mübahisəli 2:2 hesablı heç-heçədən sonra İndoneziya azarkeşləri tərəfindən onlayn ölüm təhdidlərinə məruz qalıblar.

Cavab qarşılaşmasının gələn ilin martında Cakartada keçirilməsi planlaşdırılır, lakin BFA FİFA-dan görüşü İndoneziyadan kənar bir yerə köçürməyi xahiş edib.

Qeyd edək ki, hələlik İndoneziya Futbol Federasiyası (PSSI), nə də FİFA ictimaiyyətə açıqlama verməyib.

Orxan Saffari

Gununsesi.info