
Rusiyanın uzaq şərqində, Oxot dənizində kiçik şişmə qayıqda iki aydan çox suda qalan rusiyalı xilas edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, rəsmilərin dediyinə görə, 46 yaşlı Mixail Pichugin adlı şəxs avqustun əvvəlində yola düşdüyü yerdən təxminən 1000 km aralıda balıqçı qayığı ekipajı tərəfindən tapılıb.
Qeyd edək ki, onun qardaşı və 15 yaşlı qardaşı oğlunun cəsədlərinin qayıqda olduğu bildirilir.
Orxan Saffari