
Şimali Koreyadan olan hakerlər yeddi ildə 3 milyard dollar oğurlayıblar.
Gununsesi.info xəbər verir ki, DW Microsoft-un kibertəhlükəsizlik hesabatına istinadən xəbər verir.
Bildirilib ki, üstəlik, təkcə 2023-cü ildə 600 milyon dollardan 1 milyard dollara qədər pul oğurlanıb.
Oğurlanmış pullar Pxenyanın nüvə silahının tədqiqatına ayırdığı xərclərin tam yarısını ödəyə bilər.
Keçən ildən bəri Microsoft bir neçə yeni Şimali Koreya haker qrupu müəyyən edib.
Analitiklərin fikrincə, artım Pxenyanın hakerlik fəaliyyətlərində iştirakını genişləndirdiyini göstərə bilər.
Hesabatda bildirilir ki, ötən ildən şirkət KXDR-dən olan bir neçə yeni haker qrupu müəyyən edib.
Qeyd edilir ki, Rusiya, Çin və İrandan olan qruplar da hakerlikdə fəal iştirak edir.
Günel