
NATO hələ ki, “Zelenski planı”nın bəzi bəndlərini qəbul edə bilmir.
Gununsesi.info xəbər verir ki, bunu Alyansın baş katibi Mark Rutte brifinqdə bildirib.
O, qeyd edib ki, müttəfiqlər Kiyevin təşəbbüslərini nəzərə alıblar və onları bağlı qapılar arxasında müzakirə etməyə davam edəcəklər.
Məlumata əsasən hazırda NATO rəhbəri səslənən bütün təklifləri tam dəstəklədiyini deyə bilməz.
Vladimir Zelenski Ali Radada “qələbə planını” təqdim edib.
Digər məsələlərlə yanaşı, Kiyev Ukraynanı dərhal NATO-ya dəvət etməyə çağırıb və ölkə ərazisində xarici qüvvələrin yerləşdirilməsinə icazə verib.
Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarla bağlı istəkləri yenidən səsləndirilib.
Ağ Ev bir daha vurğulayıb ki, bu gün Ukrayna Silahlı Qüvvələri tərəfindən Amerika silahlarından istifadə qaydaları dəyişməyib.
Şəbnəm