Qubada 63 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

  • By Günel
  • 16 Oktyabr 2024 21:42

Quba rayonunda meyvə bağında işləyən şəxs yıxılaraq ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 63 yaşlı Mömün Qasımov işlədiyi bağda nərdivandan yıxılıb. O, ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. M.Qasımovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info