
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Livanda vəba epidemiyası təhlükəsi barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Livandakı nümayəndəsi Abdinasir Abubakar deyib.
O bildirib ki, ÜST vəziyyəti izləmək üçün tədbirlər görür.
“Livanın şimalında yüz minlərlə qaçqının gəlişi səbəbindən yoluxma riski çox yüksəkdir. Bu yaxınlarda Livanın şimalında əhalinin peyvənd olunmadığı bir bölgədə vəba xəstəliyi aşkarlanıb. Ölkənin cənubundan qaçan və bu xəstəliyə qarşı heç bir immuniteti olmayan yüz minlərlə insanın gəlməsi ilə yoluxma riski artır. Təşkilat vəziyyətə nəzarət etmək üçün tədbirlər görür”, – deyə ÜST rəsmisi vurğulayıb.
Gununsesi.info