“Qələbə planı”nın əsas məqamı NATO-ya üzv olmaqdır - Washington Post

Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı”nın əsas məqamı NATO-ya üzv olmaqdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Washington Post (WP) alyansın anonim nümayəndəsinə istinadən yazır.

NATO nümayəndəsi Zelenskinin ictimaiyyətə təqdim etdiyi “qələbə planı”nın əsas məqamını açıqlayıb.

Onun fikrincə, Kiyev belə qənaətə gəlib ki, Ukraynanın alyansa qoşulması təhlükəsizliyi təmin etməyin yeganə yoludur.

Eyni zamanda, WP-nin həmsöhbəti qeyd edib ki, planın bu bəndinin həyata keçirilməsinin çətindir.

O, Rusiyanın “hadisələrin belə inkişafının qarşısını almaq istədiyi” üçün xüsusi hərbi əməliyyata başladığını vurğulayıb.

Bundan əvvəl Zelenski beş bəndlik “qələbə planını” Ukrayna Ali Radasına açıq şəkildə təqdim edib.

Qeyd edilir ki, Kiyev Qərbdən NATO-ya dəvət və Ukrayna ərazisinə hərbi kontingentlərin yerləşdirilməsini tələb edib.

 

 

Şəbnəm

Gununsesi.info