
Şəmkir rayonunun Kür qəsəbə sakini, 2008-ci il təvəllüdlü Vasif Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılan 17 yaşlı yeniyetməyə tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.