Formula 1-də yeni müqavilə - Daha 4 il uzadıldı

  • By Günel
  • 17 İyun 2025 19:14

Formula 1 üzrə Kanada Qran Prisi daha 4 il uzadılıb.

Gununsesi.info yarışın rəsmi saytına istinadən xəbər verir ki, Jil Vilnöv adına avtodromda təşkil olunan Qran Pri 2035-ci ilədək davam edəcək.

Bu, Avropadan kənarda Formula 1-in ən uzun tarixə malik mərhələsi sayılır. 1967-ci ildə debüt edən Kanada Qran Prisi ötən həftəsonu 54-cü dəfə keçirilib.

Monreal trasında indiyədək ən çox qələbəni hərəyə 7 dəfə Lüis Hemilton və Mixael Şumaxer qazanıb.

Gununsesi.info