
ABŞ prezidenti Trampın İsrailin baş naziri Netanyahunun İranda rejim dəyişikliyi ideyasına inanmadığı iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin hücumu ilə başlayan İsrail-İran müharibəsi beşinci gündür davam edərkən, ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahunun İranda rejim dəyişikliyi fikrindən razı olmadığı iddia edilib.
Axios xəbər saytına danışan ABŞ və İsrail rəsmiləri Trampın İran rejiminə qarşı mövqeyini dəyərləndiriblər.
ABŞ rəsmisi Netanyahunun iyunun 16-da keçirdiyi mətbuat konfransında İranın ali dini lideri Əli Xamneyinin öldürülməsinə toxunaraq “Lazım olanı edəcəyik” deməsindən sonra Trampın rejim dəyişikliyi şayiələrinə inanmadığını bildirib.
Orxan