Bərdə Tərtər yolunda qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən şəxslərdən 3-nün vəziyyəti stabil, 1-nin vəziyyəti isə ağır qiymətləndirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün 11:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

***

Bərdədə baş verən qəzada 4 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, yol nəqliyyat hadisəsi Bərdə – Tərtər yolunda baş verib.

Hərəkətdə olan “KİA” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq yol kənarındakı ağacları və elektrik xəttinin dirəyini qırıb.

Nəticədə, “Mercedes”də olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.