
Bir araşdırma ABŞ-də qaranlıq şəxsiyyət xüsusiyyətlərinin yaşandığı ştatları yayəmlayıb. Bu şəhərlərdə psixopatlar yaşayır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də aparılan elmi araşdırmada psixopatik tiplərin yaşaya biləcəyi ştatlar aşkar edilib.
Danimarkanın Kopenhagen Universitetində aparılan araşdırmada 50 əyalətdə ən az 100 iştirakçının cavablandırdığı anketlərdən əldə edilən məlumatlar əsasında narsisizm, Makiavelizm, psixopatiya və sadizm meylləri ölçüldü.
Ən çox psixopatların olduğu şəhərlər bunlardır:
Nevada, Luiziana, Nyu-York və Texas
Bu dörd şəhər riskli davranışları ilə tanınan insanların yaşadığı və qumar mədəniyyətinin yüksək olduğu yerlər sırasındadır. Luiziana ölkədə ən yüksək qətl nisbətinə malikdir. Nyu-York və Texasda ifrat zənginlik və yoxsulluğun bir-birinə qarışan strukturu qaranlıq şəxsiyyət xüsusiyyətlərini tətikləyə bilər.
Bunun əksinə olaraq, Vermont, Massaçusets, Mein və Nyu-Hempşir kimi əyalətlərdə bu xüsusiyyətlərin ən aşağı səviyyədə olduğu görüldü. Bu yerlər yüksək təhsil səviyyələri, gəlirləri, effektiv səhiyyə xidmətləri və güclü sosial dəstək sistemləri ilə diqqət çəkir.
Günel Həsənova