Şimali Koreya komandirinə ağlasığmaz cəza

  • By Admin2
  • 17 İyun 2025 13:16

Şimali Koreyada hərbi gəminin buraxılması fiaskosunun bahasına başa gəlib, yüksək rütbəli məmurlar vəzifələrindən uzaqlaşdırılıb, bəziləri hətta dövlət mediasının təqdim etdiyi fotolardan silinib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın döyüş gəmisinə dəymiş ziyana görə qəzəbləndiyi ilə bağlı iddialardan sonra yüksək rütbəli hərbi komandir dövlət mediasının yaydığı rəsmi fotolardan silinib.

Keçmiş Hərbi Dəniz Qüvvələri Komandanı Kim Myong Sik və Chongjin Gəmiqayırma Zavodunun keçmiş direktoru Hong Gil Ho daha əvvəl Şimali Koreya liderinin tikilməkdə olan gəmini yoxladığını göstərən fotolarda yer almayıb.

Pxenyan 2013-cü ildə Təhlükəsizlik Naziri Jang Song Thaek-in edamından sonra ilk dəfə yüksək vəzifəli bir məmuru dövlət mediasının fotoşəkillərindən sildi.

Cümə günü dövlət mediası daha əvvəl mart ayında yayımlanan bəzi fotoşəkilləri yenidən yayımladı. Lakin bu dəfə iki adın kadrlardan çıxarılması onların “rəhbərlikdən uzaqlaşdırıldığına” dair güclü işarə kimi şərh edilib.

Bildirilib ki, gəmiqayırma zavodunun direktoru Honq Gil Ho qəzaya görə birbaşa məsuliyyət daşıyır və bu səbəbdən görüntülərdən silinib.

Qeyd edək ki, Şimali Koreya may ayında 5000 tonluq ikinci hərbi gəmisini suya buraxa bilməyib.

Gəminin arxa hissəsi qopdu və aşdı, gövdə ciddi zədələndi və gəmi yan tərəfdə qaldı, çox güman ki, daxili bölmələr su ilə dolu idi.

Peyk görüntülərində gəminin başıaşağı, mavi brezentlə örtüldüyü və suya batırıldığı əks olunub.

Orxan

Gununsesi.info