Sabirabadda klinika yanır

  • By Günel
  • 15 İyun 2025 17:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın olması barədə ilkin məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Gununsesi.info