Hakan Fidan ərəb həmkarı ilə İran-İsrail münaqişəsini müzakirə etdi

  • By Günel
  • 16 İyun 2025 21:48

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlarda İsrail və İran arasında davam edən münaqişə müzakirə olunub.

Gununsesi.info