
İsraildə xarici televiziya kanallarının canlı yayımlarının qarşısının alınması əmrindən sonra, TRT Arabic də daxil olmaqla televiziya heyətlərinin qaldığı yerlərdə reydlər keçirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail polisi, nazir Ben-Qvirin “sıfır dözümlülük” direktivlərinə uyğun olaraq, polisin məlumat aldıqdan sonra bir oteldə “kameralarını Hayfa limanına yönəldən şəxslərin” otaqlarına basqın etdiyini açıqladı.
Açıqlamada qeyd olunub ki, avadanlıqları ələ keçirilən jurnalistlər ifadə verməyə çağırılıb.
Digər tərəfdən, TRT ərəb televiziyası və Dubayda yerləşən əl-Gad kanalı komandalarının Hayfada qaldıqları yerlərə İsrail polisi tərəfindən basqın edildiyini açıqlayıb.
İsraildə ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir gün ərzində bəyanat verərək, İsrailin daxili kəşfiyyat təşkilatı Şin-Beti (Şabak) “dövlət təhlükəsizliyini təhlükə altına alan xarici televiziya yayımlarına qarşı tədbir görməyə” çağırıb.
Qeyd edək ki, iyunun 15-də səhər saatlarında İrandan edilən hücumda Hayfadakı neft emalı zavoduna raket atıldı və Qətər mərkəzli Əl-Cəzirə televiziyasının bu anları canlı yayımlaması İsrail mətbuatında reaksiya ilə qarşılandı.
İsrailin şimalında yerləşən Hayfa şəhərindəki neft emalı zavodu İranın cavab raket hücumu nəticəsində dəyən ziyana görə fəaliyyətini dayandırıb.
Orxan