
ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitindən erkən qayıtmaq qərarına gəlib və Ağ Evdə Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini yarımçıq dayandırıb.
Ağ Evin bəyanatında deyilir ki, “Prezident kritik məsələləri həll etmək üçün Kanadadan qayıtmaq qərarını verib”. Tramp geri dönmə qərarından əvvəl sosial media platforması Truth Social-da açıqlama verib.
Tramp bir daha vurğulayıb ki, İran nüvə silahına malik ola bilməz. “Mən bunu dəfələrlə demişəm. Amerika prezidenti aydın dillə iranlılara xəbərdarlıq edib. “Hamı Tehranı dərhal tərk etməlidir.
Ağ Ev bildirib ki, Trampın “Tehran boşaldılmalıdır” bəyanatı İranın masa arxasında əyləşməsinin vacibliyini əks etdirir.
Bir neçə dəqiqə sonra Trampın Milli Təhlükəsizlik Şurasını təcili yardım otağında iclasa çağırdığı xəbəri yayılıb.
Orxan