Mikro avtobusla yük avtomobili toqquşdu - xəsarət alan var

  • By Günel
  • 16 İyun 2025 08:20

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Tranzit” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və daha bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info