Trampın “Qızıl Kartı” böyük maraq görür

  • By Admin2
  • 17 İyun 2025 13:26

ABŞ-ın ticarət naziri Lutnik 68 mindən çox insanın sərmayə müqabilində yaşayış hüququ verən “Qızıl Kart”la maraqlandığını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ictimaiyyət arasında “Qızıl Kart” kimi tanınan və 5 milyon dollarlıq sərmayə müqabilində ABŞ-də qanuni iqamətgahı nəzərdə tutan proqramına təxminən 70 min nəfərin müraciət etdiyi bildirilib. Bildirilib ki, kartı almaq üçün növbə siyahısında 68 703 nəfər var.

Financial Times (FT) qəzetindəki xəbərə görə, Trampın kabinetində ticarət naziri vəzifəsini icra edən Hovard Lutnik və onun şöbəsi proqramla maraqlananların qeydiyyatdan keçməsi üçün keçən həftə “trumpcard.gov” internet saytını istifadəyə verib. İstifadəçilərdən əsas əlaqə məlumatlarını, adlarını, e-poçt ünvanlarını və dünyanın hansı hissəsində yaşadıqları ilə bağlı məlumatları paylaşmaları istəndi. 

Lutnik bazar ertəsi səhər bir açıqlama verərək, 67 697 nəfərin gözləmə siyahısında olduğunu açıqladı. Bir saat ərzində bu rəqəm 68 703-ə yüksəlib. 

ABŞ Ticarət Naziri qəzetə deyib: “Kart qızıldan olacaq. Gözəl olacaq… Donald Tramp bu cür şeyləri yüksək qiymətləndirir. O, necə göründüyünə əhəmiyyət verir. Onun necə hiss etdiyinə əhəmiyyət verir. Başqa sözlə, o, bu məsələyə çox əhəmiyyət verir. O düşünür ki, əgər siz Amerikaya nəsə alacaqsınızsa, biz sizə bunu verməliyik”.

Lutnik izah edib ki, sözügedən viza ideyası Trampa ianə verən milyarderlərdən biri Con Paulsondan gəlib. 

Mövzu ilə bağlı məlumatlı mənbələrdən alınan məlumata görə, ABŞ Ticarət Departamenti yay boyu on minlərlə “Trump card” çap etməyi planlaşdırır. Lutnik 200 min vizanın ABŞ Xəzinədarlığına 1 trilyon dollar gətirəcəyini də bildirib. 

Orxan

Gununsesi.info