Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı

  • By Günel
  • 15 İyun 2025 17:33

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info