Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəldi

  • By Günel
  • 17 İyun 2025 08:21

Şimali Makedoniya Respublikasının Parlament Assambleyasının sədri Afrim Qaşi iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, o, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.

Gununsesi.info