
Böyük Britaniyanın Ukraynanın digər müttəfiqləri ilə birlikdə “Putinin döyüş maşınının məhdudlaşdırılması” üçün nəzərdə tutulmuş Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacağı gözlənilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Ser Keir Starmer “bu tədbirlər Kremlə iqtisadi təzyiqi artıracaq. Vladimir Putinə sülhə ciddi yanaşdığını nümayiş etdirmək onun və Rusiyanın maraqlarına uyğundur”deyib.
Bununla belə, Donald Tramp Kanadada keçirilən G7 sammiti zamanı sanksiyaların ABŞ-yə çox pul bahasına başa gəldiyini deyərək, əlavə tədbirlərə qarşı olduğunu bildirdikdən sonra ABŞ-nin bu addıma qoşulması çətin görünürdü.
Bu arada, Ukrayna rəsmiləri bildiriblər ki, bir gecədə Kiyevə pilotsuz təyyarə və raketlərin növbəti dalğası vurulması nəticəsində 14 nəfər həlak olub.
Yeni sanksiyalar paketinin “Rusiya hərbi sənaye kompleksinə təzyiqi” davam etdirmək məqsədi daşıyacağını söylənilsə də, hələlik əlavə təfərrüatlar təqdim edilməyib.
Orxan