“Onlar danışmaq istəsələr, məni harada tapacaqlarını bilirlər” -TRAMP

“İran rəhbərliyi ABŞ-la danışıqlar aparmaq istəyirsə, buna heç bir maneə yoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində bildirib.

O, qeyd edib ki, əgər onlar danışmaq istəsələr, məni harada tapacaqlarını bilirlər:

“Onlar masanın üstündə olan sövdələşməni qəbul etməli idilər – bu, çox insanın həyatını xilas edə bilərdi”.

Tramp həmçinin Vaşinqton və Tehranın artıq danışıqlar apardığı barədə mediada yayılan xəbərləri təkzib edərək, onları “uydurma və saxta” adlandırıb.

 

 

 

Şəbnəm 

Gununsesi.info