
İran dövlət televiziyasının xanım əməkdaşı İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olub.
Gununsesi.info xəbər verir ki, məlumatı Fars agentliyi yayıb.
***
İran dövlət televiziya mərkəzinin binası İran hərbçiləri tərəfindən rabitə mərkəzi kimi istifadə edildiyi üçün hücuma məruz qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti rəsmi Telegram kanalında bildirib.
O bildirib: “Bina mülki fəaliyyət adı altında İran silahlı qüvvələri tərəfindən istifadə edilib, televiziya mərkəzinin infrastrukturu və aktivlərinin hərbi məqsədlər üçün istifadəsi gizlədilib”.
İDF-nin məlumatına görə, hücum “İran silahlı qüvvələrinin hərbi potensialına birbaşa ziyan vurub”. Məlumatda həmçinin qeyd olunur ki, hücum zonasında vətəndaşlara qarşıdan gələn hücumla bağlı xəbərdarlıqlar göndərilib.