Böyük Britaniya və G7 Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

Böyük Britaniya və G7 müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sky News” hökumətin bəyanatına istinadən məlumat yayıb.

Baş nazir Keir Starmer bildirib ki, məqsəd Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq və onun müharibə üçün istifadə edə biləcəyi maliyyə imkanlarını azaltmaqdır.

Böyük Britaniya indiyədək Rusiyaya qarşı 2300-dən çox şəxsə, təşkilata və gəmiyə sanksiya tətbiq edib.

Bildirilib ki, Starmer G7 liderlərini iqtisadi təzyiqləri artırmağa və Putinə sülhə ciddi yanaşmalı olduğunu göstərməyə çağıracaq.

 

 

Şəbnəm

Gununsesi.info