İranın dövlət televiziyasının həlak olan əməkdaşlarının sayı üçə çatıb - YENİLƏNİB

  • By Günel
  • 17 İyun 2025 09:34

İranın dövlət radio və televiziyasının (IRIB) üç əməkdaşı İsrailin raket zərbəsi nəticəsində həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

***

İranın dövlət radio və televiziyasının (IRIB) əməkdaşı İsrailin raket zərbəsi nəticəsində həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın dövlət radio və televiziya şirkəti özünün teleqram kanalında məlumat yayıb.

“İran İslam Respublikasının Səsi” katibliyinin əməkdaşı Məsumə Əzimi İsrailin zərbəsindən sonra partlayış dalğası nəticəsində həlak olub”, – paylaşımda bildirilir.

Qeyd edək ki, İsrail ötən gün İranın əsas teleradio yayımı şirkəti olan IRIB-in binasına zərbələr endirib. IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb.

Gununsesi.info