Ermənistan Müdafiə Nazirliyinin maşını aşdı: xəsarət alan var

  • By Günel
  • 16 İyun 2025 21:44

Ermənistanın Lori rayonunda Müdafiə Nazirliyinin avtomobili aşıb.

Gununsesi.info xəbər verir ki, faktı “Armenpress”ə Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Məlumata görə, Loridə nazirliyə məxsus avtomobilin aşması nəticəsində hərbçilərdən heç biri xəstəxanaya yerləşdirilməyib.

Hadisə zamanı bir hərbçinin yüngül xəsarət aldığı bildirilir.

Gununsesi.info