Dünya çempionatı: Cüdoçumuz daha bir medal qazandı - FOTO

  • By Günel
  • 17 İyun 2025 21:10

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçusu Elcan Hacıyev 3-cü yer uğrunda görüşə çıxıb.

Gununsesi.info xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib estoniyalı Klen Kristofer Kalyulayd olub.

Qarşılaşmadan ayrılan Hacıyev bürünc medal qazanıb.

Bu, Azərbaycanın dünya çempionatında ikinci medalı olub. İyunun 16-da Zelim Tçkayev (81 kq) də bürünc medal əldə edib.

Qeyd edək ki, Elcan Hacıyev 2024-cü ildə Avropa çempionu olub.

Gununsesi.info