
Sahil Tahirli Naxçıvan Televiziyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Bu haqda fərmanı yerli Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb.
Gununsesi.info xəbər verir ki, növbəti fərmana əsasən, müvəqqəti olaraq bu vəzifəni onun müavini İlhamə Novruzova icra edəcək.
Hesablama Palatası bir müddət öncə NTV-də milyonlarla manat yeyintinin olması ilə bağlı açıqlama vermişdi. Bu açıqlamadan sonra NTV əks hücuma keçərək, Hesablama Palatası əməkdaşlarını rüşvətxorluqda və səriştəsizlikdə günahlandıran məqalələr dərc etməyə başlamışdı.