Elçin Quliyevin öz oğluna rütbə verməsi xəbəri həqiqəti əks etdirmir - FOTO

  • By Günel
  • 13 İyun 2025 19:13

Dövlət Sərhəd Xidmətinin rəisi general -polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik- leytenant rütbəsi verilməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən Gununsesi.info – nun sorğusuna cavab olaraq bildirilib:

“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.

Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu

Gununsesi.info