İsrail Qəzzada yardım axtaranlara yenidən hücum edib

  • By Admin2
  • 17 İyun 2025 12:45

Qəzza zolağının cənubundakı Xan Yunisdə yardım gözləyən insanlara İsrailin hücumu nəticəsində ən azı 45 fələstinli həlak olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunisdə yardım gözləyən insanlara İsrail hərbçilərinin hücumu  nəticəsində ən azı 45 fələstinli həlak olub.

Qəzzada Səhiyyə Nazirliyi İsrail ordusunun Xan Yunisin cənubundakı Təxliyə qovşağı yaxınlığında kömək gözləyən dinc sakinlərə hücum etdiyini açıqlayıb.

Hücum nəticəsində azı 45 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilən açıqlamada ölənlərin və yaralıların cəsədlərinin Nasir Tibb Kompleksinə gətirildiyi qeyd edilib.

Bəyanatda həmçinin təcili yardım xidmətləri və reanimasiya şöbələrinin öz imkanlarından çox işlədiyi, səhiyyə xidmətlərinin çox məhdud resurslar və dərmanlarla təmin edildiyi xatırladılıb.

Səhiyyə Nazirliyi bütün əlaqədar qurumları Qəzzaya təcili tibbi yardım göstərməyə çağırıb.

Orxan

Gununsesi.info