“Gününsəsi” yazdı - AZAL TƏDBİR GÖRDÜ

Bir neçə gün öncə Gununsesi.info -da yayımlanan “AZAL-ın “ərəb saçı”na dönən Naxçıvan böhranı – Muxtar Respublikaya SİMA ilə bilet satışı nə rəqəmsallaşa, nə də sadələşə bildi” başlıqlı yazıda vətəndaşların Sima tətbiqi ilə bağlı yaşadığı çətinlikdən bəhs olunmuşdu.

Yazıda qeyd edilirdi ki, bir şəxs öz ailə üzvü üçün Sima vasitəsilə bilet ala bilmir.

Sözügedən məqalədən sonra problem aradan qaldırılıb.

Artıq tətbiqə edilən dəyişiklik sayəsində vətəndaşlar təkcə özləri üçün yox, istədikləri digər şəxslər üçün də bilet ala bilərlər.

 

 

Vüsalə

Gununsesi.info