Kibermüharibə rəsmi olaraq başladı

  • By Admin2
  • 17 İyun 2025 13:29

İsrail-İran müharibəsi də rəqəmsal cəbhəyə keçdi. Saxta xəbərdarlıqlar, rəqəmsal sui-qəsd əməliyyatları və kiberhücumların 700% artması müharibənin indi görünməz cəbhədə aparıldığını sübut edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail və İran arasında beşinci günə qədəm qoyan qarşıdurmada təkcə raket və hava hücumları deyil, rəqəmsal hücumlar da səhnədədir.

Son hadisələr göstərir ki, müharibə artıq kiber və psixoloji ölçülərə keçib.

Bu yaxınlarda İsrailin Milli Kiber Müdirliyi ölkə daxilində vətəndaşların telefonlarına saxta təcili mesajlar göndərildiyini açıqladı.

Hökumətin “Oref Alert” sistemini təqlid edərək göndərilən bu mesajlarda “Sığınacaqlarda terror aktı ehtimalı var. Növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmaqdan çəkinin” ifadələri yer alıb.

Səlahiyyətlilər bu mesajların ictimai çaxnaşma yaratmaq məqsədi daşıyan psixoloji əməliyyatın bir hissəsi olduğunu və onların İrana bağlı qruplar tərəfindən sızdırıldığını iddia edib.