
AZAL-ın Bakı–Dubay reysləri təhlükəli hava məkanlarından yan keçməklə həyata keçirilir.
Gununsesi.info xəbər verir ki, bölgədəki gərginlik səbəbindən Bakı–Dubay marşrutu riskli hava dəhlizlərindən yayınıb və alternativ yol ilə uçur.
Əvvəllər 2 saat 20 dəqiqə çəkən bu uçuş indi 6 saat 50 dəqiqə davam edir. Bu isə Airbus A320 tipli təyyarə üçün maksimal uçuş məsafəsinə yaxın göstəricidir.
Uçuş müddətinin uzanması sərnişinlər üçün əlavə narahatlıq yaratsa da, təhlükəsizlik əsas prioritet olaraq qorunur.