
Dörd uşaq anası illər əvvəl tətildə tanış olduğu Keniyalı Masai döyüşçüsünə aşiq olduqdan sonra ailəsini buraxıb. İndi o, bu qərarı “ömürlük peşmançılıq” kimi xatırlayır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu gün 65 yaşı olan Cheryl Thomasgood, 1994-cü ildə 34 yaşında tətildə tanış olduğu Daniel Lekimenchoya duyduğu sevgiyə görə ərini və üç uşağını atıb, Keniyanın Samburu bölgəsindəki çiy kərpicdən tikilmiş daxmaya köçdü.
O, həyatını Masai mədəniyyətinə həsr etdi; açıq odda yemək bişirdi, ənənəvi yeməklər yeydi və kənddə yaşadı.

Cütlük 1995-ci ildə İngiltərəyə qayıtdı və Sevgililər Günündə Masai paltarı geyinərək evləndi. Cherly övladlarına qovuşdu və bir il sonra cütlüyün Mitsi adlı başqa bir qızı dünyaya gəldi. Ancaq evlilik tezliklə dağılmağa başladı.
Cherylin dediyinə görə, Daniel getdikcə daha böyük bir ev, marka paltarlar və Keniyadakı qohumlarına pul göndərmə kimi tələbləri daha çox artırdı.
“MailOnline” a danışan Cheryl bildirib:
“Sanki mən sadəcə bir gəlir mənbəyi idim. Çox böyük səhv etdim və buna görə çox peşman oldum”.
O, ən böyük peşmanlığının övladlarına etdiyini deyib:
“Daniel əlindən gələni etdi, lakin o, övladlarıma lazım olan ata fiquru deyildi. Onlar həyatlarında sabit bir kişi rol modelindən məhrum qaldılar.”
Onların evliliyi cəmi dörd il davam etdi. Cheryl münasibətlərin mədəni fərqlər və Danielin İngiltərəyə uyğunlaşa bilməməsi səbəbindən bitdiyini söylədi. Bu gün Cheryl Somersetdə sakit bir sahil qəsəbəsində yaşayır və dörd övladı ilə də möhkəm münasibətlər qurduğunu deyir. Yenidən evlənmək fikrində olmadığını da xüsusi qeyd edir.
Cherylin hekayəsini oxuyan hər kəsə üç xəbərdarlıq sözü var:
“Bayram romantikalarına qapılmayın! Ömrünüzün sonuna qədər peşman ola bilərsiniz…”
Daniel isə ayrıldıqdan sonra İngiltərədə qalmağı seçdi və hazırda Uayt adasındakı supermarketdə işləyir…
Günel Həsənova