Avropa Komissiyası Yunanıstanı cərimələdi - 392,2 MİLYON AVRO

Avropa Komissiyası Yunanıstanı kənd təsərrüfatı subsidiyalarının düzgün idarə olunmaması səbəbilə 392,2 milyon avro cərimələyib.

Gununsesi.info xəbər verir bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, 2016–2023-cü illər ərzində Yunanıstanda yoxlamasız ödənişlər aparılıb, bəzi şəxslər mövcud olmayan torpaq və işlər üçün vəsait alıb. Bu isə əsl fermerlərin haqlı olaraq almalı olduğu yardımları kəsib.

Bildirilib ki, işlə bağlı Avropa Baş Prokurorluğu (EPPO) istintaq aparır. Artıq korrupsiya qalmaqalının mərkəzində olan OPEKEPE adlı agentlik ləğv edilib.

EPPO rəhbəri Laura Kovesi bildirib ki, təzyiqlərə baxmayaraq istintaq davam edəcək. Müxalifət lideri Nikos Androulakis isə bu vəziyyətin Yunanıstanın Avropa arenasındakı nüfuzuna ağır zərbə vurduğunu deyib.

Qeyd edək ki, ötən il də Yunanıstanda qatar qəzasından sonra siqnalizasiya sistemləri ilə bağlı istintaq başladılmışdı.

Şəbnəm

Gununsesi.info