Netanyahu: İranın nüvə proqramı və “terror oxu” məhv edilməlidir

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranla bağlı strateji hədəflərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.

“Biz nəticə görmək istəyirik və bu, üç məqsədi əhatə edir: İranın nüvə proqramının məhv edilməsi, ballistik raket istehsal imkanlarının aradan qaldırılması və “terror oxunun” ləğvi”, – deyə Netanyahu bildirib.

Qeyd edək ki, “terror oxu” və ya “müqavimət oxu” ifadəsi İranın rəhbərlik etdiyi qeyri-rəsmi anti-İsrail koalisiyasını ifadə edir. Bu koalisiyaya İranla yanaşı, Livandakı “Hizbullah” təşkilatı, Yəmənin husiləri və Fələstinin HƏMAS hərəkatı daxildir.

Xatırladaq ki, bundan əvvəl Netanyahu İranın ali lideri Əli Xamneyiyə qarşı sui-qəsd cəhdinə icazə verdiyini bəyan edib. Onun sözlərinə görə, bu cür ssenari guya “münaqişənin tezliklə başa çatmasına imkan verə bilər”.

 

 

Günel

Gununsesi.info