
İrana qarşı əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələri orada 200-dən çox raket buraxan qurğunu sıradan çıxarıb, hava qüvvələri isə 1000-dən çox döyüş əməliyyatı həyata keçirib.
Gununsesi.info xəbər verir ki, İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman belə deyib.
O, Telegram kanalında yazıb: “Əməliyyat başlayandan İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, İrandakı strateji hədəflərə mindən çox zərbə endirmə əməliyyatı həyata keçirib. Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, İranın hücum potensialının əsas elementi olan 200-dən çox taktiki raket buraxılış qurğusu hücumlar zamanı sıradan çıxarılıb”.
***
İsrail Hərbi Hava Qüvvələri ölkənin cənub-qərbində İran ordusunun hərbi qərargahları, raket anbarları, raket buraxılış qurğuları və radar sistemlərini məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
“İranın cənub-qərbindəki hədəflərə yeni hücum dalğası olub. Hücum zamanı İsrail Hərbi Hava Qüvvələri ölkənin cənub-qərbində İran ordusunun hərbi qərargahları, raket anbarları, raket buraxılış qurğuları, kəşfiyyat obyektləri və radar sistemlərini məhv edib”, məlumatda deyilir.