Cəlilabadda yol qəzası ölümlə nəticələndi

  • By Günel
  • 21 İyun 2025 20:11

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “VAZ”ın sərnişini, Göytəpə şəhər sakini – 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info