
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.
Gununsesi.info xəbər verir ki, bu haqda Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.